UEFA nın Elit Məşq Layihəsi Bakıda FOTOLAR

14.04.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda UEFA-nın Elit Məşq Layihəsi çərçivəsində seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 15-dək davam edəcək toplanışda layihənin 6 regional məntəqəsindən seçilmiş 26 futbolçu və 8 məşqçi iştirak edir. Təlim prosesi çərçivəsində ümumilikdə 8 məşq və aprelin 15-də, saat 11:00-da ikitərəfli yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təlim-məşq toplanışında UEFA-nın nümayəndəsi Milenko Acimoviç də iştirak edir. Elit Məşq Layihəsi gənc futbolçuların potensialının üzə çıxarılması və onların inkişafına yönəlmiş mühüm proqramlardan biridir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью