futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FIFA-nın 2027-ci ildə keçiriləcək prezident seçkilərində mövcud rəhbər Canni İnfantino daha bir ciddi rəqiblə üz-üzə gələcək.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşima ali futbol qurumunun rəhbəri postuna namizədliyini verməyi düşünür.
Nüfuzlu yaponiyalı funksionerin namizədliyi UEFA tərəfindən dəstəklənir. “Tottenhem”in keçmiş müdafiəçisi Ramon Veqa da prezidentlik yarışına qoşulmaq istəyir. Lakin onun seçkiyə qatılmaq üçün lazımi 5 milli federasiyanın dəstəyini toplayıb-toplamayacağı hələ də sual altındadır.
Xatırladaq ki, FIFA prezident seçkiləri 18 mart 2027-ci ildə Mərakeşdə baş tutacaq. 2016-cı ildən bu vəzifəni tutan Canni İnfantino dördüncü müddətə rəhbərlik etmək niyyətindədir.