UEFA nın rəhbəri Şaxtyor un prezidentini mükafatlandırıb

09.09.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Şaxtyor"un prezidenti Rinat Axmetov klub prezidenti kimi 30 illik yubileyi və klubun 90 illiyi ilə əlaqədar UEFA-dan mükafat alıb. Sport24.az xəbər verir ki. bu barədə Donetsk klubunun mətbuat xidməti məlumat yayıb. 

Axmetov İsveçrənin Nyon şəhərində UEFA prezidenti Aleksandr Çeferin ilə görüşüb və Avropa futbolunun idarəetmə orqanının rəhbəri mükafatı "Şaxtyor" prezidentinə təqdim edib. Görüşdə Ukrayna təmsilçisinin baş direktoru Sergey Palkin və idman direktoru Dario Srna da iştirak edib.

Qeyd edək ki,"Şaxtyor" 90 illik yubileyini may ayında qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью