UEFA nın sabiq prezidentinin Fransadakı evi qarət olunub

18.07.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA-nın sabiq prezidenti Mişel Platininin Fransadakı evi qarət olunub.

"Report"“Footmercato”ya istinadən xəbər verir ki, hadisə cümə günü səhər tezdən baş verib.

Mənbənin sözlərinə görə, Platininin özü tamamilə qara geyinən və başında başlıq olan oğrunu görüb. Qarətdən sonra o, 20-yə yaxın medal və kubokun əskik olduğunu aşkar edib.

Cinayətkar hadisə yerindən qaça bilib. Oğurluq nəticəsində dəymiş ziyan hələ qiymətləndirilməyib. Oğurluq zamanı Platininin özü xəsarət almayıb. Marsel prokurorluğu artıq oğurluq işi ilə bağlı istintaqa başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью