UEFA nın yüksək səviyyəli hakimləri üçün Təkmilləşdirmə Kursu Limassolda başlayır

26.01.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2 fevral tarixində Kiprin Limassol şəhərində UEFA-nın yüksək səviyyəli hakimləri üçün 34-cü Təkmilləşdirmə Kursu start götürəcək.

İdman.Biz xəbər verir ki, kurs dörd gün davam edəcək və Azərbaycanın iki FIFA referisi tədbirə dəvət alınıb.

I kateqoriyalı baş hakim Əliyar Ağayev aparıcı ədalət nümayəndələri arasında iştirak edəcək.

Eyni tarixlərdə Avropadan yeni FIFA panelinə daxil olmuş hakimlər üçün 2026-cı il UEFA Giriş Kursu da keçiriləcək. Bu kursda yeni FIFA hakimləri təcrübəli həmkarları ilə birgə işləmək və onların bilik və təcrübələrindən yararlanmaq imkanı qazanacaq. Azərbaycanın təmsilçisi Tural Qurbanov olacaq.

Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, rusiyalı Sergey Karasyov istisna olmaqla, bütün elit kateqoriyalı hakimlər kursa dəvət olunub. I kateqoriyalı hakimlər arasından seçim aparılıb və iştirakçılar arasında VAR hakimləri də yer alacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью