UEFA norveçliləri “Sabah” üçün göndərdi

12.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Gənclər Liqasının (U-19) əsas mərhələsinin II turunda keçiriləcək “Sabah” – “Slaviya” (Praqa) oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Marius Hansen-Qrötta olacaq. Ona yan xətt hakimləri Aleksandr Yeqer və Henrik Sunne kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.

“Sabah” (U-19) və “Slaviya” (U-19) arasındakı oyun oktyabrın 13-də “Bank Respublika Arena”da keçiriləcək və görüşə saat 15:00-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью