UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər

15.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, baxış zamanı stadionun beynəlxalq oyunlara hazırlığı və UEFA-nın tələblərinə uyğunluğu qiymətləndiriləcək.

Xatırladaq ki, stadionda ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə sentyabr ayının əvvəlindən start verilib. Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində 4 ev oyununu qəbul edəcək. Azərbaycan çempionu liqa mərhələsində ilk ev matçına oktyabrın 13-də çıxacaq. II tura təsadüf edəcək görüşdə rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью