UEFA ofsaydla bağlı dəyişikliyə hazırlaşır

12.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Ofsayd qaydasına tezliklə bəzi dəyişikliklər edilə bilər, çünki onun bəzi şərhləri narahatlığa səbəb olur".

Oxu.Az "La Gasetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi Corcio Marketti deyib.

"Millimetrlik ofsayd diskomfort yaradır", - deyə Corcio Marketti fikrinin davamında qeyd edib.

UEFA baş katibi əlavə edib ki, VAR (videotəkrar) sistemi əsas olaraq qalır, lakin oyunun ritmini pozmamaq üçün ondan balanslı şəkildə istifadə edilməlidir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью