UEFA PFL rəsmisini Yunanıstana ezam edir

26.02.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Fiorentina" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma martın 6-da Afina Olimpiya Stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью