UEFA prezidenti 27 ölkənin nümayəndələri ilə görüşüb

27.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA-nın prezidenti Aleksander Çeferin Brüsseldə Avropa Birliyinin 27 ölkəsinin nümayəndələri ilə görüşüb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı funksioner futbolun təkcə pul və bazardan ibarət olmadığını bildirib:

"Artıq 70 ildir ki, Avropa idman modeli açıqlığa, həmrəyliyə və idman olan hər şeyin ictimai əhəmiyyətinin tanınmasına əsaslanır. UEFA təşkilatın yarandığı ilk gündən bu prinsipləri rəhbər tutur. Lakin biz belə bir modeli tək təmsil edə bilmərik, hökumətlərin dəstəyinə ehtiyacımız var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью