UEFA prezidentinin evi qarət olunub, 20 yə yaxın medalı oğurlanıb

18.07.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Fransa millisinin sabiq futbolçusu Mişel Platini bu gün səhər saatlarında qarət edilib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, evin yaxınlığındakı ərazidə saxlanılan 20-yə yaxın medal və kuboku götürərək qaçıb.

Marsel prokurorluğu artıq araşdırmalara başlayıb, dəymiş ziyanın məbləği hələ dəqiqləşməyib.

Platini 1976-1986-cı illərdə Fransa millisində çıxış edib. Bu müddət ərzində o, Avropa çempionu olub və dünya çempionatının bürünc medallarını qazanıb.

Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub, korrupsiya iddialarına görə vəzifəsini vaxtından əvvəl tərk edib.

"Qalatasaray"dan Osimhen açıqlaması: "Heç kim bizi ələ sala bilməz" Messi ilə komanda yoldaşı olacaq "Napoli" PSV-nin hücumçusunu 25 milyon avroya alıb 7 il sonra "Borussiya"nı tərk etdi Belçika millisinin üzvü “Leypsiq”də
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью