UEFA Qarabağ ı cəzalandırdı

01.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

UEFA-nın İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb. 

QOL.az xəbər verir ki, bu barədə gazetta.gr saytı məlumat yayıb. 

Buna səbəb Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"la matçda baş verən müxtəlif pozuntular olub.

Beləliklə, Ağdam təmsilçisi "komandanın intizamsız davranışına" görə 9 min avro (təxmini olaraq 16 min manat) ödəməli olacaq. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni cəzaya məruz qalıb.

Qeyd edək ki, sözügedən matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью