UEFA “Qarabağ” üçün ingilisləri göndərəcək

03.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, UEFA avqustun 28-də Bakıda təşkil olunacaq görüşü İngiltərədən olan hakimlər briqadasına həvalə edib:

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

28 avqust

“Qarabağ” – “Dinamo” (Zaqreb) (ilk oyun 0:2)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45
Baş hakim: Mikael Oliver
Baş hakimin köməkçiləri: Stuart Burt, Lii Betts
Dördüncü hakim: Chris Kavanaq
VAR hakimləri: Stuart Attvell, Timoti Vud
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Peter Sippel (Almaniya)
UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью