UEFA “Qarabağ”ı cərimələdi

03.12.2024

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA “Qarabağ” klubunu 26000 avro cərimələyib.

Futbolpress.az xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

“Köhlən atlar” “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro ödəyəcək.

Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular – Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar. (Report)

Əsas xəbərlər, Ölkə futbolu Türkiyəli mütəxəssis: “Qarabağ”da çox gözəl günlər keçirmişəm”

2 Dekabr 2024, 18:32

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”a qol vuran hücumçu silahlı hücuma məruz qaldı

2 Dekabr 2024, 16:03

Əsas xəbərlər, Manşet, Premyer liqa Favoritlər büdrəmədi, “zirzəmi”də dəyişiklik

2 Dekabr 2024, 10:11

Əsas xəbərlər, Premyer liqa Derbidə rekord

2 Dekabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi Arena”da qələbəyə layiq oyun

2 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” derbidən qalib ayrıldı

1 Dekabr 2024, 20:57

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью