UEFA Ranyerini belə cəzalandırdı

04.03.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini cərimələyib.

Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssisə hakimləri tənqid etdiyinə görə pul cəzası kəsilib.

 Ranyeri Avropa Liqasının  ilə pley-off mərhələsinin ilk oyunundan - "Portu" ilə matçdan (1:1) sonra hakimin rəqibə simpatiya göstərdiyini deyib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid atəşinə tutub 
Həmin final qarşılaşmasında "Roma" "Sevilya"ya oyunsonrası penaltilərlə 1:4 hesabı ilə uduzub.

Ranyeri 20 min avro cərimələnibsə, "Roma" baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro ödəyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью