UEFA Real ın 4 futbolçusuna qarşı intizam işi açdı

27.03.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

UEFA “Real"ın dörd futboçusuna qarşı intizam işi açıb.

QOL.az qurumun rəsmi saytına istinadən xəbəb verir ki, bunlar Kilian Mbappe, Vinisius Junior, Daniel Sebalyos və Antonio Rudigerdir.

UEFA bu futbolçuların Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyundakı davranışlarını araşdırır.

Bundan əvvəl mətbuatda "Atletiko"nun UEFA-ya müvafiq şikayət göndərdiyi barədə məlumatlar yayılmışdı. "Atletiko" UEFA-ya "Real"ın oyunçularının qeyri-etik davranışlarını əks etdirən 4 video təqdim edib. Videolarda Rudiger və Vinisiusun "Atletiko" azarkeşlərinə qarşı təxribat xarakterli jestlər etməsi əks olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью