UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb

01.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb

PSJ - “Arsenal” arasında keçirilən Çempionlar Liqasının finalını idarə edən almaniyalı hakim Daniel Zibertin performansı geniş müzakirə olunur.

QOL.az xəbər verir ki, onun oyunu cəsarətli və dəqiq qərarlarla yadda qalıb. Xüsusilə ilk hissənin sonlarında “Arsenal”ın künc zərbəsi epizodunda oyunu dayandırması diqqət çəkib.

"The Touchline" nəşrinin məlumatına görə, UEFA rəhbərliyi Daniel Zibertin həlledici oyundakı idarəçiliyindən tamamilə razı qalıb. Bildirilir ki, UEFA daxilində almaniyalı hakimin bu idarəçiliyi turnir tarixinin ən yaxşı final hakimliklərindən biri kimi qəbul edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью