Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Azərbaycan təmsilçisi “Qarabağ” UEFA reytinqində 1 pillə geriləyib.
Axar.az xəbər verir ki, hesabında 32,000 xalı olan “Qarabağ” 66-cı yerə enib.
"Qarabağ"ı geridə qoyan komanda isə Danimarka “Midtyulland”idir - 32,750 xal.
Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8,000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu yeri bölüşürlər.
“Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri paylaşırlar. Reytinq cədvəlinə 138,500 xalla “Real” başçılıq edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.