UEFA reytinqi: Azərbaycan gerilədi

28.11.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün avrokuboklarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqi yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib.

Ukrayna növbəti qələbəsini, belədə reytinq xallarını qazanan Arda Turanlı "Şaxtyor Donetsk"in sayəsində önə keçib. Ölkəmiz bir addım aşağı - 26-ci yerə geriləyib. 

Azərbaycanın cari mövsümkü reytinqi 5,125-də, son 5 ildəki göstəricisi isə 22.250-yə bərabərdir. 

Ukraynanın 22.350, təqibçimiz Sloveniyanın isə 22.218 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (101.672) başçılıq edir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью