UEFA reytinqi: Azərbaycan həftəlik qazanca görə “5 lik”də

29.08.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu həftə avrokubok turnirlərində ən çox əmsal əldə edən ölkəkər açıqlanıb.  Sport24.az-ın məlumatına görə, Azərbaycan bu göstəriciyə görə Norveçlə birlikdə beşinci pillədə qərarlaşıb. 

"Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqə əldə etməsi ilə ölkənin aktivinə 1.500 əmsal yazılıb. 

Avrokubokda cəmi bir təmsilçisi qalan Azərbaycan Avropada təsnifat mərhələlərində çıxış edən ölkələr arasında yalnız Danimarka (2000 əmsal), Kipr (1.875), Portuqaliya (1.700) və Qazaxıstandan (1.625) geri qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью