UEFA reytinqi: AZƏRBAYCAN RUSİYANI GERİDƏ QOYDU

01.08.2025

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxışı davam edir.

Apasport.az xəbər verir ki, Çempionlar Liqasında yeganə təmsilçimiz "Qarabağ" dünən "Şelburn"u məğlub edib - 1:0.

Bu qələbə ilə Azərbaycan UEFA reytinqində 28-ci pilləyə yüksəlib.

Son beş mövsümün nəticələrinə əsasən, indi ölkəmizin hesabında 18.375 xal var.

Ötən gün qazanılan qalibiyyətlə cari mövsüm qazandığımız xalların sayı 1.250 olub.

Nəticədə Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayıb. Dördüncü mövsümdür avrokuboklardan kənar qalan ölkənin hesabında isə 18.299 xal var.

Matiya Şpiçiç: “Hayduk” “Zirə”ni keçə bilməsə..." “Qarabağ”ın “Şkendiya” ilə matçlarının hakimləri müəyyənləşib AL: "Beşiktaş" "Şaxtyor" səfərində, "Sabah"ın potensial rəqibi bəlli olur - YENİLƏNİR Azərbaycanda ilk: Zubir “100”ə çatdı “Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью