Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qazandığı qələbə (3:2) Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.
Moderator.az xəbər verir ki, bu qələbə sayəsində ölkəmizin aktivinə daha 0.500 xal əlavə olunub.
Bununla da xallarını 22.750-yə çatdıran Azərbaycan bir pillə irəliləyərək 27-ci olan Slovakiyanı (22.375) geridə qoyub.
Reytinq cədvəlinin 26-cı pilləsində isə 22.843 xalla Sloveniya qərarlaşıb.
Qeyd edək ki, Slovakiya təmsilçiləri artıq avrokuboklarda mübarizəni dayandırdıqları üçün onların xallarının artmaq ehtimalı yoxdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.