Icma.az, Cbcsport portalına istinadən məlumat yayır. Azərbaycanın UEFA reytinqindəki "qonşular"ı əmsallarını artırıblar.
Bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib.
28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub.
Bu ölkədə rəqəm 0,375-dir. 29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb.
Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan "Sabah" I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın "Çelye" klubuna uduzub - 2:3.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.