futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avrokuboklarda III təsnifat mərhələsinin matçları başa çatıb.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan “Sabah”, Konfrans Liqasında yarışan “Qarabağ” həftəni məğlubiyyətlə bitirib. “Sabah” Danimarkada “Orhus”a, “Qarabağ” isə Polşada “Dinamo”ya (Kiyev) uduzub. Nəticələrdən sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkə 21.188 xalla 26-cı sıradadır.
Bolqarıstanın “Levski”, ÇSKA və “ÇSKA Sofiya” komandaları ilə ölkələrinə xallar qazandırıb. Adıçəkilən komandaların ilk ikisi qələbə qazanıb, digəri isə heç-heçə edib.
Bu nəticələrlə bolqarlar UEFA reytinqində Azərbaycana yaxınlaşıb. Ölkə 20.188 xalla 27-ci sıradadır və Azərbaycandan 4 qələbə (1000 əmsal) geridədirlər.
Sıralama Ölkə Xal Bu mövsüm qazanılan xal 25 Sloveniya 22,469 0,25 26 Azərbaycan 21,188 2,625 27 Bolqarıstan 20,188 1,75 28 Slovakiya 20,125 1,125