futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah”ın Çempionlar Liqasındakı növbəti qələbəsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” Finlandiya təmsilçisi “KuPS”a qalib gəlməklə ölkəyə 0.250 əmsal daha qazandırıb. Azərbaycan sıralamada 20.312 xalla 26-cı pillədə qərarlaşıb.
Slovakiyanın “Slovan” kollektivi Çempionlar Liqasında səfərdə “İberiya”ya qalib gəlib və ölkə reytinqinə 0.250 xal yazdırıb. Slovaklar bununla da bolqarları ötüb və 27-ci pilləyə yüksəlib.
Reytinqə 98.520 xalla İngiltərə başçılıq edir.
Bu gün “Neftçi” də Konfrans Liqasında mübarizəyə başlayacaq. “Ağ-qaralar” Bakıda Minskin “Dinamo” kollektivini qəbul edəcək. Matça saat 20:00-da start veriləcək.
Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri “Qarabağ” və “Zirə” növbəti oyunlarını sabah keçirəcək. “Qarabağ” Avropa Liqasında ÇSKA-nı (Bolqarıstan) qəbul edəcək, “Zirə” isə Estoniyada “Payde”nin qonağı olacaq.
Sıralama Ölkə Xal Bu mövsüm qazanılan xal 25 İsrail 20,75 – 26 Azərbaycan 20,312 1,75 27 Slovakiya 18,75 0,5 28 Bolqarıstan 18,563 0,875