futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyununda “Orhus”a qalib gələn (4:0) “Sabah” Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Futbolpress.az xəbər verir ki, qələbə sayəsində ölkənin aktivinə 0.250 əmsal daha yazılıb. Azərbaycan 21.438 göstərici ilə 26-cı sıradakı mövqeyini qoruyub.
Bolqarıstanın “Levski” komandası “Kayrat”a qalib gəlib, “ÇSKA 1948” isə “Panatinaikos”la əsas vaxtda heç-heçə edib. Bu nəticələrə görə bolqarlar 0.375 xal qazanıb. Bolqarıstan 20.438 xalla Azərbaycanın ən yaxın izləyicisidir.
25-ci sıradakı Sloveniyanın yeganə təmsilçisi “Çelye” “Ararat”a qalib gəlib və 0.250 əmsalla ölkəyə fayda verib. Sloveniyalıların aktivində 22.719 xal var.
Sıralama Ölkə Xal Bu mövsüm qazanılan xal 25 Sloveniya 22,719 0,5 26 Azərbaycan 21,438 2,875 27 Bolqarıstan 20,438 2,125 28 Slovakiya 20,375 1,375