Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın “Ferentsaroş”u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində ölkəmiz daha 6 əmsal qazanıb.
Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb. Yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub.
Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.