UEFA reytinqində İsrail Azərbaycanı qabaqladı

11.09.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan UEFA reytinqində həftəni 25-ci pillədə başa vurub.

Modern.az-ın məlumatına görə, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda İngiltərədə "Mançester Yunayted"ə uduzması (0:4) ilə reallaşıb.

Azərbaycanın aktivində 23.687 əmsal var.

İsrail (23.875) 24-cü, Sloveniya (22.843) 26-cıdır.

UEFA reytinqinə İngiltərə (103.130) başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью