UEFA “Sabah” üçün polyakları göndərəcək

17.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Sabah” – “KuPS” (Finlandiya) oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Lukaş Kuzma olacaq. Ona yan xətt hakimləri Yakub Vinkler və Piotr Podbilski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Martin Şzerboviç yerinə yetirəcək.

İyulun 21-də keçiriləcək “Sabah” – “KuPS” oyununa saat 20:00-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью