UEFA “Sabah”ın futbolçusuna cəza verdi

23.11.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA “Sabah”ın futbolçusuna cəza verdi

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” və “Vilyarreal”la keçirəcəyi oyunlarda müdafiəçisi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək.

QOL.az xəbər verir ki, UEFA cənubi afrikalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Cəzaya səbəb Makkartinin Çempionlar Liqasının 4-cü turunda Norveçdə “Vikinq”lə görüş zamanı rəqib futbolçuya zərbə endirərək qırmızı vərəqə almasıdır.

Beləliklə, mərkəz müdafiəçisi “Sabah”ın Çempionlar Liqasındakı növbəti iki qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “Sabah” noyabrın 25-də Bakıda “Barselona”nı qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью