UEFA “Sabah”ın futbolçusunu diskvalifikasiya etdi

23.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA “Sabah”ın futbolçusu Eyden Makkartini iki oyunluq diskvalifikasiya edib.

Modern.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. 

Buna səbəb Makkartinin turnirin 4-cü turunda Norveçdə “Vikinq”ə qarşı keçirilən görüşdə rəqib oyunçuya zərbə endirərək birbaşa qırmızı vərəqə almasıdır.

Cənubi afrikalı futbolçu “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı “Barselona” və “Vilyarreal”la oyunlarda iştirak etməyəcək.

Xatırladaq ki, “Sabah” noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью