Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA “Sabah”ın “Barselona” ilə qarşılaşması ərəfəsində Azərbaycan klubunun avrokuboklardakı maraqlı statistikasına diqqət çəkib.
İdman.Biz xəbər verir ki, qurumun rəsmi saytında dərc olunan materialda Bakı təmsilçisinin UEFA turnirlərində keçirdiyi 13 ev oyununun heç birinin heç-heçə başa çatmadığı vurğulanıb.
“Sabah” həmin qarşılaşmalarda səkkiz qələbə qazanıb, beş dəfə məğlub olub.
Paytaxt klubunun ümumi avrokubok statistikasında da diqqətçəkən məqam var. Komandanın keçirdiyi 26 görüşün heç birində 0:0 hesabı qeydə alınmayıb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda “Barselona”nı qəbul edəcək. Noyabrın 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.