UEFA “Sabah”ın oyununa təyinatları dəyişdi SƏBƏB

07.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” (Danimarka) matçının hakimləri dəyişib.

Futbolpress.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl görüşə Portuqaliyadan olan hakimlər briqadası təyinat almışdı. Cütün məğlubu növbəti turda böyük ehtimalla bu ölkənin təmsilçisi “Benfika” ilə qarşılaşacaq. Lissabonlular Avropa Liqasında III təsnifatda ilk matçda “Harts”ı darmadağın edib – 6:1. UEFA qərəzli yanaşma şübhəsi variantına görə portuqaliyalıların “Sabah”ın matçına təyinatını ləğv edib.

Görüşü fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim Villi Delayo olacaq. Ona yan xətt hakimləri Ervan Finyan və Valentin Evrad kömək edəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək.

VAR-da Bastian Deşepi və Nikolan Reynvill olacaq.

“Sabah” – “Orhus” oyunu avqustun 13-də baş tutacaq. İlk matçda danimarkalılar qələbə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью