UEFA SSKA azarkeşlərinin Bakıya səfərinə qadağa qoya bilər

18.07.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA SSKA azarkeşlərinin Bakıya səfərinə qadağa qoya bilər

Bolqarıstanın SSKA klubu UEFA-nın komandanın azarkeşləri ilə bağlı intizam araşdırmasına başladığını açıqlayıb.

QOL.az xəbər verir ki, buna səbəb Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı yaşanan insidentlər olub. Həmin oyunda SSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun  dayandırılmalı olub.

Klubun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna SSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.

Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

“Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin “Derri” klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək”, – deyə açıqlamada qeyd olunub.

SSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.

Qeyd edək ki, “Qarabağ” – SSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью