Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Bu gün İtaliyada UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, qitənin ən güclüsünü müəyyənləşdirəcək qarşılaşmada Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları üz-üzə gələcəklər.
Udine şəhərindəki "Friuli" stadionunda baş tutacaq qarşılaşma Azərbaycan futbol ictimaiyyətini həm də ona görə maraqlandırır ki, oyunun hakimlərindən biri azərbaycanlı FIFA referisi Elçin Məsiyev olacaq. O, oyuna 4-cü hakim kimi təyinat alıb.
Xatırladaq ki, PSJ 2024/2025 mövsümündə Çempionlar Liqasının, "Tottenhem" Avropa Liqasının qalibi olub.
UEFA Super Kuboku
13 avqust
23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə)
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya), Elçin Məsiyev (Azərbaycan).
Udine. "Friuli" stadionu.