Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
UEFA Superkuboku uğrunda 2028-ci ildə keçiriləcək qarşılaşmanın məkanı müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.
2028/2029 mövsümünün Superkubok matçı Qazaxıstanın paytaxtı Astanadakı “Astana Arena” stadionunda təşkil olunacaq. Görüş 2028-ci ilin yayında keçiriləcək.
Superkubok uğrunda matçda 2027/2028 mövsümünün Çempionlar Liqasının qalibi ilə həmin mövsüm Avropa Liqasını qazanan komanda üz-üzə gələcək.
Hazırda UEFA Superkubokunun qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi bu il avqustun 12-də Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da keçirilən görüşdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.