UEFA Superkubokunun keçiriləcəyi şəhər açıqlanıb İdman və Biz

16.12.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

2025-ci ildə keçiriləcək UEFA Superkubokunun yeri açıqlanıb.

İdman.biz xəbər verir ki, məlumatı UEFA-nın mətbuat xidməti paylaşıb.

Bildirilib ki, matç İtaliyanın Udine şəhərində təşkil olunacaq. Görüş "Udineze”nin ev oyunlarını keçirdiyi "Friuli" stadionunda baş tutacaq. Arenanın tutumu 25,144 nəfərdir.

Qeyd edək ki, qarşılaşma 2025-ci il avqustun 13-də keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью