UEFA Superkubokunun qalibi bəlli oldu

13.08.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Superkuboku uğrunda Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandası üz-üzə gəlib.

Axar.az xəbər verir ki, Avstriyanın Zalsburq şəhərindəki "Red Bull Arena"da keçirilən matç fransızların 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının, "Aston Villa" isə Avropa Liqasının son qalibidir.

Paris təmsilçisi tarixində üçüncü dəfə UEFA Superkuboku uğrunda mübarizə aparıb. "Aston Villa" isə həmin titulu 1982-ci ildə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью