UEFA Türkiyə klubunu cəzalandırdı

22.10.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

UEFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.

Gununsesi.info xəbər verir ki, buna səbəb onların UEFA Konfrans Liqasının I turunda Finlandiyada KuPs-a qarşı keçirdiyi matçda tribunada yaşananlardır.

Qərara əsasən, “Trabzonspor” azarkeşlərinin avrokuboklarda keçirəcəyi növbəti səfər oyununa bilet alması da qadağan edilib. Üstəlik, klub 100 min avro cərimə olunub.

Trabzonlular pirotexniki vasitələrin yandırılması və əşyaların atılmasına, meydana azarkeşlərin daxil olması və stadiona dəyən ziyana görə ümumilikdə bu qədər məbləğ cərimələnib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью