UEFA yoxlamanı başa çatdırdı, AFFA ya məktub göndərdi

19.12.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Şirkət tərəfindən assosiasiyaya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib. 

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.


 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью