UEFAdan Asim Xudiyevə növbəti təyinat

06.12.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində iş başında olacaq. 

Xudiyev “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşündə hakimlərin işinə qiymət verəcək. 

Dekabrın 12-də keçiriləcək qarşılaşma Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью