UEFAdan Beşiktaşa qadağa

04.11.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Beşiktaş" Avropa Liqası Liqa mərhələsinin "Makkabi" ilə (Təl-Əviv) ev oyununu İstanbuldan kənarda keçirəcək. Sport24.az xəbər verir ki, UEFA rəhbərliyi Türkiyə və İsrail arasındakı münasibətləri nəzərə alaraq belə qərar verib. Bu barədə "TRT Spor" məlumat yayıb.

Qarşılaşmanın baş tutacağı ölkə və stadion həftənin sonuna kimi bəlli olacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" görüşü 28 noyabr tarixində keçirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью