UEFAdan BeşiktaşMakkabi matçı ilə bağlı qərar: İstanbulda oynanılmayacaq

04.11.2024

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Avropa Liqası çərçivəsində "Beşiktaş" - "Makkabi Təl-Əviv" matçının İstanbulda keçirilməməsinə qərar verib.

Oxu.Az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, həftənin sonuna kimi matçın keçiriləcəyi ölkə və stadion müəyyənləşəcək.

Qeyd edilir ki, UEFA qərarı İsrail komandasının Türkiyədəki təhlükəsizliyinə əmin olmadığı ilə əsaslandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью