UEFAdan “Bodo Qlimt” “Qarabağ” oyunu ilə bağlı təyinat Yeni Sabah

05.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Avropa Liqasının 4-cü turunun "Bodo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) oyununun hakimləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, matç Portuqaliya Futbol Federasiyasından olan hakimlərə həvalə edilib.

Görüşün baş hakimi 38 yaşlı Luis Qodinyo (Luis Qodinyo) təyin olunub. Ona Rui Teyxeya, Pedro Almeyda (laysmanlar), Andre Narsiso (dördüncü hakim) köməklik göstərəcək. 

Huqo Miqel VAR hakimi, Fabio Oliveyra Melo isə AVAR hakimi olacaq.

Xatırladaq ki, "Bodo Qlimt" - "Qarabağ" matçı noyabrın 7-si keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью