UEFAdan Bude/Qlimt Qarabağ oyunu ilə bağlı təyinat

05.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Liqasının 4-cü turunun "Bude/Qlimt" (Norveç) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, matç Portuqaliya Futbol Federasiyasından olan hakimlərə həvalə edilib. Görüşün baş hakimi 38 yaşlı Luis Qodinyo (Luis Godinho) təyin olunub. Ona Rui Teixeira, Pedro Almeida (laysmanlar), Andre Narciso (dördüncü hakim) köməklik göstərəcək. Huqo Miguel VAR hakimi, Fabio Oliveira Melo isə VAR hakiminin köməkçisi olacaq.
Xatırladaq ki, oyun noyabrın 7-si keçiriləcək və Bakı vaxtı ilə saat 21.45-də başlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью