UEFAdan Elçin Məmmədova növbəti təyinat

13.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью