UEFAdan Əliyar Ağayevə növbəti təyinat

26.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью