UEFAdan Qadın futbolçulara xoş xəbər

16.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Qadın futbolçular arasında Avropa çempionatının mükafat fondu artırılıb.

Axar.az xəbər verir ki, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında qəbul olunub.

Beləliklə, 2025-ci ildə təşkil olunacaq qitə çempionatının mükafat fondu 41 milyon avro təşkil edəcək. Bu məbləğ 2022-ci ildəki turnirlə müqayisədə 156 faiz çoxdur.

Qeyd edək ki, Avropa çempionatı gələn il iyulun 2-dən 27-dək İsveçrədə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью