futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Uelsin “Rekshem” klubu Norveç millisinin və “Vikinq”in mərkəz müdafiəçisi Henrik Falkeneri heyətinə qatmaq üçün danışıqları davam etdirir.
Futbolpress.az xəbər verir ki, “qırmızı əjdahalar” 23 yaşlı futbolçu üçün Norveç çempionuna artıq iki rəsmi təklif göndərsə də, rədd cavabı alıb. Britaniya təmsilçisinin son təklif etdiyi məbləğin bonuslarla birgə 10,9 milyon dollar olduğu bildirilir.
“Rekshem” bu həftənin əvvəlində “Sanderlend”dən qapıçı Antoni Patersonu 10,8 milyon dollara transfer edərək klub tarixinin rekorduna imza atmışdı. Falkenerin transferi gerçəkləşəcəyi təqdirdə bu göstərici yenilənəcək.
Avropada tarix yazmaq niyyətində olan “Vikinq” isə futbolçunu bu yay buraxmaq niyyətində deyil. Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Dinamo”ya (Zaqreb) rəqib olan Norveç klubu artıq Avropa Liqasının liqa mərhələsində iştirakı təmin edib.
Henrik Falkener cari mövsümdə “Vikinq”in heyətində 17 rəsmi matçda forma geyinib. DÇ-2026-da Norveç yığmasının heyətində yer alan müdafiəçi milli komandada 2 oyunda şans qazanıb.