futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uelsin “TNS” (The New Saints) klubu UEFA Çempionlar Liqasında pley-off səddini keçərək Liqa mərhələsinə vəsiqə qazanan “Sabah”ı təbrik edib.
Futbolpress.az xəbər verir ki, “müqəddəslər” rəsmi sosial şəbəkə hesabında bu sözləri paylaşıb:
”UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibimiz “Sabah”ı bu gecə liqa mərhələsinə vəsiqə təmin etməsi münasibətilə təbrik edirik”.
Xatırladaq ki, Azərbaycan təmsilçisi turnirin I təsnifat mərhələsində məhz Uels çempionu “TNS”lə qarşılaşmış və hər iki oyunda qalib gələrək (Bakıda 2:0, səfərdə 2:1) növbəti raunda adlamışdı.
”Bayquşlar” pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu sıradan çıxararaq (səfərdə 1:2, Bakıda 5:2) adını Çempionlar Liqasının əsas mərhələsinə yazdırmağı bacarıb.